İRNA-nın məlumatına görə, UNA-nın dəvəti ilə “Şiddət və nifrətdən uzaqlaşmaqda medianın rolu” adlı konfransda iştirak etmək üçün Ciddə şəhərinə səfər edən Əli Nadiri konfrans çərçivəsində UNA birliyinin baş katibi Məhəmməd Əbdirrəbbih Əl-Yami ilə görüşüb və söhbət edib.
Bu görüşdə iki tərəf OANA və UNA-nın media və regional imkanlarına işarə edərək, bu iki təşkilat arasında əməkdaşlıq və sinerjik həllər haqqında fikir mübadiləsi aparıblar.