Tehran - İRNA - Sionist rejimin səlahiyyətliləri çərşənbə axşamı səhər saatlarında əsir mübadiləsi razılaşmasının dördüncü mərhələsinin icrası çərçivəsində 33 fələstinli əsirin azad edildiyini bildiriblər.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, sionist rejimin səlahiyyətliləri əsir mübadiləsi razılaşmasının dördüncü mərhələsinin icrası çərçivəsində 33 fələstinli məhbusun azad edilməsi əməliyyatına başlayıb.