İRNA-nın məlumatına görə, Abdullah Mubini çərşənbə axşamı Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının Cenevrədə keçirilən 114-cü iclasında (27-29 noyabr) qaçqınların qəbulu yükünün beynəlxalq ictimaiyyət tərəfindən ədalətli şəkildə bölüşdürülməməsinə toxunaraq vurğulayıb: “İran indiyədək qaçqınlara ev sahibliyi etməkdə və onlara dəstək olmaqda öz payından qat-qat iştirak etmişdir. Ona görə də beynəlxalq ictimaiyyət bu beynəlxalq məsuliyyətin ədalətli bölüşdürülməsinə diqqət yetirməlidir.”
Mubini əlavə edib: “Miqrasiya böhranları siyasi, hərbi müdaxilə və iqlim şəraiti kimi müxtəlif səbəblərdən baş verir və İran İslam Respublikasının qonşu ölkələrində regiondankənar ölkələrin Əfqanıstan və İraqdakı hərbi müdaxilələrinin üzündən İran son 40 ildə bir neçə milyon qaçqın və köçkünə ev sahibliyi edib.”