Nyu York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrail rejiminə bundan artıq öz cinayətlərinə qarşı toxunulmazlıqdan istifadə etməsinə icazə verilməməsinin lazım olduğunu vurğulayaraq deyib: “BMT Baş Assambleyasının sionizmi irqçilik və irqi ayrı-seçkiliyin bir forması kimi tanıyan 3379 (1975) saylı qətnaməsini yenidən gündəmə gətirməsinin vaxtı çatıb.”

İRNA-nın məlumatına görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla 28 noyabr 2023-cü il çərşənbə axşamı axşam saatlarında Fələstin məsələsi ilə bağlı deyib: “Bu rejimin cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməli və Fələstin xalqına beynəlxalq səviyyədə dəstək verilməlidir. BMT Baş Assambleyasının sionizmi irqçilik və irqi ayrı-seçkiliyin bir forması kimi tanıyan 3379 (1975) saylı qətnaməsini yenidən gündəmə gətirməsinin vaxtı çatıb. Sionist rejimin öz cinayətlərindən toxunulmaz qalmasına bunvan artıq icazə verilməməlidir. Bu rejim öz öhdəliklərini yerinə yetirməyə, Qəzzanın mühasirəsinə və işğala son qoymağa məcbur edilməlidir. Müstəqil Fələstin dövlətinin yaradılması dəstəklənməlidir və bu kontekstdə Fələstinin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünün qəbulu prioritet olacaq.”