Tehran - İRNA - Atom Enerjisi Təşkilatının rəhbəri sionist rejim baş nazirinin nüvə təhdidlərinə münasibət bildirərək vurğulayıb: “İstənilən hadisəyə görə Atom Enerjisi Agentliyi məsuliyyət daşıyır.”

İRNA-nın məlumatına görə, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bu gün (çərşənbə) səhər saatlarında hökumət nümayəndə heyətinin jurnalistlər arasında keçirdiyi iclas çərçivəsində deyib: “Hər hansı bir hadisəyə görə Atom Enerjisi Agentliyi məsuliyyət daşıyır. Çünki sionist rejim NPT və təminatları imzalamayıb və bu gün sionist rejim dünyanı atom bombası ilə hədələyir.”

İslami əlavə edib: “Rəhbərlər Şurasının iclasından əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoruna yazdığım məktubda ona bildirdim ki, sionist rejim naziri açıq şəkildə fələstinliləri nüvə silahından istifadə etməklə hədələyib, həmçinin, sionist rejimin baş naziri BMT Baş Assambleyanın iclasında dedi ki, biz İranı nüvə təhdidləri ilə qarşı-qarşıya qoymalıyıq və İrana qarşı nüvə silahından istifadə etməyi təklif etdi.”

O, sonra deyib: “Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoruna vurğuladıq ki, siz nüvə silahının yayılmamasına görə cavabdehsiniz. Siz nə “NPT”-ni imzalamamış, nə də təminatlara sadiq olmayan və agentliyə heç bir giriş üçün icazə verməyən, nüvə silahından istifadə etməyi də açıq şəkildə bəyan edən tərəfə qarşısında mövqe tutmursunuzsa, bu, beynəlxalq hüququn pozulmasıdır və Baş direktorun vəzifəsi Təhlükəsizlik Şurasına hesabat verməkdir.”