Tehran - İRNA - Yəmənin Ali Siyasi Şurasının yüksək vəzifəli üzvü deyib: “Yəmən xalqı cihad xalqıdır, bizim tüfənglərimiz əsl düşmən olan İsraili nişan alıb.”

İRNA-nın “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi açıqlamasında deyib: “Amerikalılara deyirik ki, gəldiyiniz yerə qayıdın.”

O, əlavə edib: “Sionist rejimin Qəzzəyə qarşı dəfələrlə təcavüzlərinin ardınca ərəb hökumətləri iclas və konfranslar keçirməklə kifayətlənirmi?”

Əl-Husi əlavə edib ki, Səudiyyə Ərəbistanı HƏMAS və İslami Cihad hərəkatlarını terrorçular siyahısından çıxarmalı və onların yerinə sionist rejimi bu siyahıya salmalıdır.

Yəmənin Ali Siyasi Şurasının bu yüksək vəzifəli üzvü deyib: “Yəmən xalqı cihad xalqıdır və öz tüfənglərini əsl düşmən olan İsrailə tərəf tuşlayıb.”