İRNA-nın məlumatına görə, İran İslam Respublikası ilə Kuba arasında elm və texnologiya, səhiyyə, kənd təsərrüfatı, enerji və mədənçıxarma, rabitə və tibb sahələrində anlaşma və əməkdaşlıq sənədləri iki ölkənin rəsmiləri tərəfindən imzalanıb.
Bu əməkdaşlıq sənədlərini Prezidentin elm və texnologiya məsələləri üzrə köməkçisi, kənd təsərrüfatı naziri, əməkdaşlıq, əmək və sosial rifah naziri, səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini ilə kubalı həmkarları imzalayıblar.