Tehran - İRNA - xəbər mənbələrinin bildirdiyinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün (bazar ertəsi) Dohaya səfər edəcək və Qətər əmiri ilə Qəzzada humanitar atəşkəsin bərpasını müzakirə edəcək.

İRNA-nın Rusiyanın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Ərdoğan bazar ertəsi Qətərə səfər edəcək və bu ölkənin əmiri ilə Qəzzada humanitar atəşkəsin bərpası üçün tədbirləri müzakirə edəcək.