İRNA-nın Fələstin mətbuatına istinadən verdiyi məlumata görə, HƏMAS-ın bəyanatında bildirilir: “Müqavimətin simasını ləkələmək məqsədilə onları 7 oktyabr Əl-Əqsa Tufanı əməliyyatında götürülən əsirlərə təcavüz etməkdə ittiham edən bəzi qərb mediasının iddialarını, onların yalan və əsassız iddialar yaymaq sahəsində sionistlərin təhrifedici təbliğatlarının ardınca getmələrini qətiyyətlə pisləyirik və bu iddiaları rədd edirik.”
HƏMAS-ın bəyanatında əlavə olunur: “Bu azdırıcı xəbərlər sionist yalan aparatının yaydığı çoxsaylı yalanların bir hissəsidir. Onların yalanı, xüsusən də uşaqların başını kəsmək iddiası və həmçinin Rayim qəsəbəsindəki konsertdə iştirak edənləri hədəf almaq, həmçinin Əş-Şifa xəstəxanasından hərbi məqsədlər üçün istifadə kontekstində iddiası hər kəsə aydın oldu.”