Bakı - İRNA - Admiral İrani bu gün səhər saatlarında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Sübhan Bəkirov ilə görüşüb. Görüşdə iki ölkə arasında müdafiə, təlim və birgə hərbi təlimlər sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.

İRNA-nın məlumatına görə, bu görüşdə tərəflər Xəzər dənizini sülh, dostluq və əməkdaşlıq dənizi adlandırıblar, beş Xəzər sahili ölkəsi arasında ticarəti və tranziti artırmaq üçün onun təhlükəsizliyini vurğulayıblar.