Tehran - İRNA - BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü bildirib ki, sionist rejimin Qəzza zolağının müxtəlif bölgələrində təcavüzünün yenidən başlaması ilə daha 600 min fələstinli didərgin düşə bilər.

İRNA-nın Fələstinin “Sama” xəbər agentliynə istinadən verdiyi məlumata görə, Ədnan Əbu Həsənə deyib: “Beynəlxalq hüquqa əsasən, mülki əhali köçkün olsa belə, müharibələrdə təhlükəsiz olmalıdır.”

“Qəzzada müharibə dayanmasa, biz genişmiqyaslı fəlakətlə üzləşəcəyik”- deyə, o, qeyd edib.