Tehran - İRNA - Xəbər mənbələri çərşənbə günü səhər saatlarında İraqın qərbində yerləşən Ayn əl-Əsəd bazasındakı ABŞ hərbi qərargahına pilotsuz təyyarə hücumu barədə məlumat yayıblar.

İRNA-nın “Əl-Mənar”-a istinadən verdiyi məlumata görə, İraq İslami Müqaviməti bəyanat yayaraq, Ayn əl-Əsəd bazasının PUA-larla hədəfə aldığını açıqlayıb.

İraq İslami Müqaviməti bu dron hücumunun uğurlu olduğunu bəyan edərək, sözügedən hücumun sionist rejimin Qəzza əhalisinə qarşı cinayətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.