Bakı - İRNA - İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani bu gün günorta saatlarında Azərbaycan Respublikasının Müdafiə naziri general Zakir Həsənovla görüşüb, iki ölkənin müdafiə sahəsində, xüsusən də dəniz sahəsində əməkdaşlığını müzakirə edib və fikir mübadiləsi aparıb.