İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, sionist rejim Türkiyədə HƏMAS hərəkatının üzvlərini hədəf alsa, bu, sionistlər üçün ağır nəticələrə səbəb olacaq.
Ərdoğan qeyd edib ki, Qəzza ərazisi Fələstin xalqının mülküdür və orada kimin hökmranlıq etməsinə Fələstin xalqı özü qərar verir.