Kazim Cəlali “İRNA”-ya verdiyi açıqlamada İran mallarının ixracının bu səviyyəsini son illərdə görünməmiş hal kimi qiymətləndirib, eyni zamanda əlavə edib: “Bu müddət ərzində ölkəmizin Rusiyadan idxalı azalıb.”
İranın Rusiyadakı səfiri iki ölkə arasında turbin, dərman, tibbi avadanlıq, səhiyyə məhsulları, şokolad, şirniyyat, çanta, ayaqqabı, dəri, paltar və divan sahələrində əməkdaşlığa toxunaraq qeyd edib ki, bu gün Rusiya mağazalarının rəflərində şirniyyat, şokolad və sağlamlıq məhsulları sahəsində bəzi İran mallarına rast gəlmək mümkündür və bu mallar Rusiyada özlərinə yaxşı yer tutublar.
Cəlali iki ölkə arasında avtomobil və avtomobil hissələri sahəsində əməkdaşlığın gələcəyi ilə bağlı nikbin olduğunu bildirib.
Səfir bu sahəni iki ölkə arasında əməkdaşlığın ciddi sahələrindən biri adlandırıb.