Sari - İRNA - İran İslam Respublikası Ordusunun koordinator işləri üzrə müavini deyib: “İran İslam Respublikası yerli mütəxəssislərin biliyi və səyi ilə bütün növ esmines və sualtı qayıqların kütləvi istehsalına nail olub.”

İRNA-nın məlumatına görə, admiral Həbibullah Səyyari şənbə günü Mazandaran vilayətinin Simurq şəhərində şəhid pilot Əhməd Kişvərinin anım mərasimində Hərbi Hava Qüvvələrinin Qərbi Asiyada ən böyük donanmaya sahib olduğunu bildirərək deyib: “İslam İnqilabının baş verməsi ilə bölgədəki müstəmləkəçilik və Amerika hegemonluğu məhv edildi.”

Admiral qeyd edib ki, şəxsiyyətlərə, sadə insanlara qarşı terrorlar, etnik və dini zəmində təfriqə yaratmaq cəhdləri düşmənin inqilabın bədəninə sızmaq cəhdlərindən biri olmuşdur.

İran İslam Respublikası Ordusunun koordinator müavini Hərbi Hava Qüvvələrinin gücünü vurğulayıb, İranın Qərbi Asiya bölgəsindəki güclü donanmasının bölgə gənclərinin səy və biliyinin nəticəsi adlandıraraq deyib: “Ölkədə hava hücumundan müdafiə sistemlərinin nümayişi güc yaranmasına səbəb olmuşdur.”

“Bu gün esmines və sualtı qayıqların istehsalına nail olmuşuq və bu, qürur mənbəyidir”- deyə, Səyyari bildirib.