Tehran - İRNA - Livan Hizbullah Hərəkatı öz qüvvələrinin sionistlərin işğalı altında olan üç hərbi bazaya hücum etdiyini və bir sıra işğalçı qüvvələrin birbaşa hədəfə alındığını bəyan edib.

İRNA-nın bazar ertəsi “Sama” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı qısa bəyanat yayaraq öz qüvvələri tərəfindən Branit hərbi bazasının artilleriya atəşi ilə hədəfə alındığını, nəticədə bir sıra işğalçı qüvvələrin birbaşa vurulduğunu bildirib.

Livan Hizbullahı başqa bir qısa bəyanatda Barkan raketlərindən istifadə edərək və sionist muzdluları hədəfə alaraq Rahab bazasına raket hücumu təşkil etdiyini açıqlayıb.

Hizbullah həmçinin digər bir bəyanatında bildirib: “Qüvvələrimiz müvafiq silahlardan istifadə edərək sionistlərin işğalı altında olan Hədb əl-Bostanın hərbi mövqeyini hədəfə aldı və bu hadisədə bir sıra sionist qüvvələr birbaşa vuruldu.”