İRNA-nın ədliyyə sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Tehran Əyaləti 1 nömrəli Cinayət Məhkəməsinin 11-ci şöbəsi bu gün, çərşənbə axşamı, dekabrın 12-də münafiqlər terror qruplaşmasının üzvləri və başçısına qarşı ittihamlara açıq şəkildə baxacaq, beləliklə, onların bəşəriyyətə və məzlum İran xalqına qarşı cinayət və vəhşilikləri və soyqırımlarının bir hissəsi üzə çıxsın.
Bu işin ittiham aktı 700 səhifədən çoxdur. Açıq, media və jurnalistlərin iştirakı ilə keçirilən bu məhkəmədə terror qurbanlarının ailələrindən bir qrupunun iştirakı ilə yanaşı, 80-cı illərin terrorçularının dəhşətli cinayətlərinin şahidləri də iştirak edir.
Münafiqlər terrorçu qruplaşmasının ittihamlarına baxan məhkəmənin hakimi iclasa “Hədid” surəsinin 25-ci ayəsini oxumaqla başladı.
Bu qruplaşmanın 104 üzvü və bir hüquqi şəxs (İran Mücahidin Xalq Təşkilatı) cinayətləri üzrə mühakimə olunur.