Avropa İttifaqı beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən danışarkən beynəlxalq hüququn məlum prinsiplərinin, o cümlədən insan haqları və beynəlxalq humanitar hüququn ən ağır və kobud şəkildə pozulmasına, Qəzzada və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı şübhəsiz soyqırım və etnik təmizləmə törədilməsinə praktiki olaraq gözlərini yumub, işğalçı sionist rejimin vəhşi hücumlarını dayandırmaq üçün təsirli tədbirlər görməkdə qüsura yol verir.”
XİN-nin sözçüsü ölkəmizin müharibə əleyhinə prinsipial mövqeyini, Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllinin vacibliyini vurğulamaqla yanaşı, ölkəmizin müdafiə sənayesində sanksiyaların tətbiqini əsassız adlandırıb, İran İslam Respublikasının cavab hüququnu özündə saxladığını bildirib.