Fələstinli jurnalist sionist işğalı tərəfindən şəhid edilib Tehran - İRNA - Qəzzada hökumətin informasiya idarəsi vurğulayıb ki, sionist rejim ordusu Qəzzəyə son işğalının başlanğıcından bu yana 86 kişi və qadın jurnalisti şəhid edib.

İRNA-nın Fələstinin Əl-Yəvm saytına istinadən verdiyi məlumata görə, Fələstin hökumətinin Qəzzadakı informasiya idarəsi vurğulayıb: Sionist rejim ordusu faktları təhrif etmək, fələstinlilərin proseslərə baxışının yayımlanmasının və müharibə xəbərlərinin regionun və dünyanın ictimai rəyinə çatmasının qarşısını almaq məqsədi daşıyır və jurnalistlərin müharibə zonasında qorxudulması və susmağa məcbur edilməsi Qəzza zolağına vəhşicəsinə işğalın başlanğıcından bəri 86 jurnalistin şəhid olması ilə nəticələnib. Lakin fələstinli jurnalistlər işğalçıların mülki şəxslərə, uşaqlara və qadınlara qarşı cinayətlərinin işıqlandırılması sahəsində misli görünməmiş qəhrəmancasına şücaət və cəsarətlə iştirak ediblər.

Fələstin İnformasiya İdarəsi vurğuladı: Sionist rejim son müharibə zamanı fələstinli jurnalistlərin qarşısını almaq istiqamətində davamlı səylərinin bir hissəsi olaraq şəxsiyyətləri müəyyən edilmiş altı jurnalisti həbs edib ki, bu addım jurnalistlərə hadisələri yerində işıqlandırmaq üçün toxunulmazlığın verilməsi sahəsində bütün beynəlxalq qanunların və müqavilələrin açıq və aydın şəkildə pozulmasıdır.