İRNA-nın ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan çərşənbə axşamı axşam saatlarında Cenevrədə BMT-nin Avropa qərargahına gələn kimi xarici işlər nazirlərinin iştirakı ilə “Fələstinin işğal olunmuş ərazilərində insan hüquqlarının vəziyyəti, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və beynəlxalq humanitar hüquqlar” mövzusunda keçirilən iclasda iştirak edib. Yüksək səviyyəli nazirlərin iştirakı ilə baş tutan bu iclasda müxtəlif ölkələrin bir sıra xarici işlər nazirləri, o cümlədən bəzi ərəb və İslam ölkələrinin xarici işlər nazirləri və yüksək səviyyəli diplomatları da qatılıb.
Əmir Abdullahiyan çıxışı zamanı Fələstin böhranının vəziyyəti və sionist rejimin cinayətkar hücumlarının davam etməsi nəticəsində Qəzza və İordan çayının qərb sahilində yaranmış həyəcanverici humanitar vəziyyətlə bağlı ölkəmizin fikirlərini bildirib.
Xarici İşlər naziri sionist rejimin son iki ayda Qəzzə əhalisinə qarşı hərəkətlərini hərbi cinayətlər və soyqırımın bariz nümunələri hesab edib.
Əmir Abdullahiyan həmçinin sionist rejimin Qəzzaya qarşı hücumlarının dərhal dayandırılması, bu rejimin İordan çayının qərb sahilindəki cinayətlərinin qarşısının alınmasını və humanitar yardımın göndərilməsini beynəlxalq ictimaiyyətin, BMT-nin və Təhlükəsizlik Şurasının təcili vəzifəsi adlandırıb.
O, sionist rejimin Qəzza zolağında əsir Fələstin vətəndaşlarına qarşı qeyri-insani rəftarını İsrail rejiminin İŞİD mahiyyətinin nümunə və göstəricisi kimi qeyd edib.
Əmir Abdullahiyan vurğulayıb ki, İsrail aparteid rejiminin Qəzzada vətəndaşlara qarşı vəhşicəsinə hücumlarının dayandırılması üçün dərhal tədbir görülməməsi, müharibənin əhatə dairəsinin bölgədəki mövcud şəraitdən kənara çıxmasına səbəb olacaq.
İclasda iştirak edən xarici işlər nazirləri və bəzi yüksək rütbəli diplomatlar da Fələstin böhranı, sionist rejimin Qəzza və İordan çayının qərb sahilində xalqa qarşı vəhşicəsinə hücumlarına son qoymağın yolları barədə fikirlərini bildiriblər.
İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Ümumdünya Qaçqınlar Forumunun iclasında iştirak etmək və bu iclas çərçivəsində ikitərəfli görüşlər keçirmək üçün çərşənbə axşamı, axşam saatlarında yüksək rütbəli nümayəndə heyətinin müşayəti ilə İsveçrənin Cenevrə şəhərinə gəlib.
Publish Date: 12 dekabr 2023 - 21:49
Cenevrə - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri deyib: “Sionist rejimin Qəzza zolağında əsir fələstinlilərə qarşı qeyri-insani davranışı bu rejimin İŞİD mahiyyətinə bir nümunə və işarədir.”