Publish Date: 13 dekabr 2023 - 15:15

Cenevrə - İRNA - İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri bir neçə dəqiqə əvvəl Cenevrədə Ümumdünya Qaçqınlar Forumu çərçivəsində görüşərək qarşılıqlı müzakirələr aparıblar.

İRNA-nın Cenevrəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir neçə dəqiqə əvvəl Ümumdünya Qaçqınlar Forumu çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla görüşüb və söhbət edib.

Qeyd edək ki, xarici işlər naziri yerli vaxtla ötən gün (çərşənbə axşamı)  axşam saatlarında Cenevrəyə səfərə gedib. O, “İşğal edilmiş Fələstin ərazilərində insan haqlarının vəziyyəti, Ümumdünya İnsan Haqları və Beynəlxalq Humanitar Haqlar Bəyannaməsi” iclasında, həmçinin Dünya Qaçqınlar Assambleyasının ikinci iclasında iştirak edəcək.