İRNA-nın cümə axşamı verdiyi məlumata görə, Ərəb mediaları Qırmızı dənizdə konteyner gəmisinin Bab əl-Məndəb səmtindən raketlə vurulduğunu açıqlayıb.
Bəzi KİV-lər də raketin Yəmən tərəfdən bu gəmiyə doğru atıldığını iddia ediblər.
Bu hücum və gəminin mahiyyəti, yükün təfərrüatları və onun marşrutu haqqında ətraflı məlumat dərc olunmayıb.
Yəmən ordusunun sionist rejimin gəmilərinə qarşı uğurlu və unikal əməliyyatlarının ardınca, işğalçı rejimin dəniz qüvvələrinin keçmiş komandanı bu rejimin Yəmən Silahlı Qüvvələri tərəfindən dəniz mühasirəsinə alındığını etiraf edib.
Yəmən ordusu ötən həftələr ərzində Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək məqsədilə, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında sionist rejimin bir neçə gəmisini hədəfə alıb.