Zahidan - İRNA - Sistan və Bəlucistan valisinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini deyib: “Terror qruplaşmasının Rask polis qərargahına namərdcəsinə hücumu nəticəsində 11 nəfər şəhid olub.”

Əlirza Mərhəməti cümə günü İRNA müxbirinə açıqlamasında deyib: “Ötən gecə axşam saatlarında çoxlu bir neçə terrorçu namərdcəsinə Rask polis qərargahına hücum edib. Təəssüf ki, bu hücumda zabit və əsgər olmaqla 11-ə yaxın nizam-intizam əməkdaşı şəhid olub.”

Sistan və Bəlucistan valisinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə müavini deyib: “Polis qərargahında olan zabitlər cəsarətlə müdafiə olunaraq hücum edənlərdən bəzilərini öldürüb və bəzilərini yaralayıblar.”

“Hazırda Rusk şəhərində vəziyyət normaldır və lazımi tədbirlər görülür”- deyə, o, bildirib.
Rask Sistan və Bəlucistanın cənubunda yerləşən və ona tabe bölgələrdən biridir.