İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi məlumata görə, Pekinə səfər etmiş Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Çinin Xarici İşlər nazirinin müavini “Ma Coşu” ilə görüşüb.
Bu görüşdə hər iki tərəfi maraqlandıran geniş mövzular, o cümlədən insan haqları və terrorizm kimi müxtəlif beynəlxalq sahələrdə İran və Çin arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın necə inkişaf etdirilməsi müzakirə edilib.
Əli Baqiri və Ma Caşu həmçinin sanksiyaların ləğvi ilə bağlı danışıqları tənzimləyən son vəziyyəti və gələcək yolları barədə fikir mübadiləsi aparıblar.
İran və Çin xarici işlər nazirlərinin müavinləri həmçinin Qəzzada mövcud böhranın müxtəlif ölçülərini araşdırıb və hücumların dərhal dayandırılması və Qəzzanın müdafiəsiz əhalisinə humanitar yardımların göndərilməsinin vacibliyini vurğulayıblar.