Tehran - İRNA - Sionist rejim ordusu cümə günü axşam saatlarında Qəzzada əsirlərdən 3 nəfərini səhvən öldürdüyünü açıqlayıb.

İRNA-nın Fələstin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sionist rejimə aid medialar bildirib ki, sionist hərbçilər səhvən Qəzzada 3 əsiri Şücaiyyə bölgəsində öldürüblər.

Bu xəbərə görə, Yutam Hayim, Samir Talalqa və ailəsinin adının açıqlanmasını istəməyən üçüncü əsir sionist əsgərlər tərəfindən səhvən öldürülüb.

Bundan əvvəl də, öz qüvvələri tərəfindən açılan atəş nəticəsində bir neçə sionist əsgərin həlak olması və yaralanması ilə bağlı xəbərlər yayılmışdı.

Həmçinin, sionist rejim qüvvələrinin Qəzza zolağına qurudan hücumu zamanı elan etdiyi itkilərin sayı 119 nəfərə çatıb. Əl-Əqsa Tufanı döyüşü başlayandan bəri sionist rejim ordusu hər gün hərbi itkilərinin adlarını az-az açıqlayır. Belə nəzərə gəlir ki, bu mövzu işğal olunmuş ərazilərdə çoxlu sayda hərbi itki və ölkədaxili reaksiyalardan qorxduğu üçündür.