Tehran - İRNA - Xəbər mənbələri cümə günü gecə xəbər verdilər; bir neçə saat əvvəl Qətərin Əl-Cəzirə kanalının bu kanalın müxbiri ilə birlikdə sionist rejimin Qəzzanın cənubuna hava hücumu zamanı yaralanan operatoru şəhid olub.

İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi xəbərə görə, Qətərin Əl-Cəzirə telekanalının operatoru Samir Əbu Diqqə Xan Yunisdə sionist rejimin cinayətlərini işıqlandırarkən hava hücumu nəticəsində şəhid olub.

Məlumata əsasən, sionist rejimin Qəzzanı bombalaması nəticəsində ailəsi şəhid olan Əl-Cəzirə müxbiri Vail Əbu Dahduh da bu hücumda yaralanıb.

Qətərin Əl-Cəzirə kanalının operatorunun şəhid olması ilə Qəzzada şəhid olan jurnalistlərin sayı 90-a çatıb.