O, xarici xidmətlərlə, o cümlədən Mossadla əlaqə saxlayaraq bilərəkdən məxfi məlumatları toplayıb, tərəfdaşlarının iştirakı ilə sənədləri xarici xidmətlərə, xüsusən də Mossad-a təqdim edib.
Həbs olunduqdan və prokurorluqda istintaq başa çatdıqdan sonra bu şəxsin işi “düşmən sionist rejimin xeyrinə kəşfiyyat və casusluq əməkdaşlığı, məxfi məlumatların toplanması, ölkənin nizamını pozmaq, İran İslam Respublikasına müxalif qrup və təşkilatların xeyrinə təbliğat aparmaq məqsədi ilə bilavasitə Mossad casus xidmətinin zabitinə məlumat ötürmək” ittihamı ilə Zahedan İnqilab Məhkəməsinə göndərilib.
İşə baxıldıqdan sonra onun barəsində ölüm hökmü çıxarılıb və çıxarılan hökm təqsirləndirilən şəxsə və onun vəkillərinə çatdırılıb.
Təqsirləndirilən şəxs hökmə etiraz etdikdən sonra iş Ali Məhkəməyə göndərilib, yenidən baxıldıqdan sonra Ali Məhkəmə apellyasiya şikayətini təmin etməyib, hökmü təsdiq edib.
İş başa çatdıqdan və qanuni rəsmiyyətlər tamamlandıqdan sonra onun ölüm hökmü bu gün səhər saatlarında Zahedan həbsxanasında icra edilib.