İRNA-nın Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşdırılması Assambleyasına istinadlı məlumatına görə, Höccətül-İslam Həmid Şəhriyari bu gün, şənbə, dekabrın 16-da Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğluna yazıb: Səadət Partiyasının yüksək səlahiyyətli üzvü, Türkiyə Cümhuriyyətinin hörmətli millət vəkili, mərhum cənab Həsən Bitməzin vəfatı kədər və hüznə səbəb oldu. O, İslam birliyi və həmrəyliyinin carçılarından biri, alicənab, imanlı, iradəli və çalışqan bir insan idi və mübarək ömrünün son anlarında məzlum Fələstin xalqının və Qəzza şəhidlərinin müdafiəsi üçün canını fəda etdi.
O, əlavə edib: Bu faciə ilə əlaqədar Türkiyə xalqına və dövlət xadimlərinə və Türkiyə Cümhuriyyəti Parlamentinin hörmətli üzvlərinə, xüsusilə də əziz mərhumun ailəsinə və sizə başsağlığı verir, Uca Allahdan mərhumun ruhuna rəhmət, bağışlanma və İlahi rəhmət, sizə, ailəsi, dostları və yaxınlarına da səbr və böyük əcr diləyirəm.Türkiyə Böyük Millət Məclisində Kocaeli əyaləti əhalisinin nümayəndəsi Həsən Bitməz İsrailə ilahi cəza veriləcəyi barədə danışarkən infarkt keçirərək yerə yıxılıb. O, xəstəxanaya aparılmış və orada dünyasını dəyişib. O, huşunu itirməmişdən əvvəl sionist qüvvələrə “Allahın qəzəbindən amanda olmayacaqsınız” dedi.
Bitməz son aylarda Türkiyənin Ədalət və İnkişaf Partiyasının sionist rejimə qarşı tutduğu mövqelərə qarşı sərt tənqidlər səsləndirən yeganə nümayəndə idi. O, dəfələrlə Türkiyənin hakim partiyasının Fələstin məsələlərinə dair siyasi çıxışını nümayişkaranə və fəaliyyətsiz adlandırmışdı.