Moskva - İRNA - Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin bu ölkədə 2024-cü ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçdiyini açıqlayıb.

İRNA-nın çərşənbə axşamı Rusiya xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin növbəti prezidentlik müddətinə qeydiyyatdan keçmək üçün bu ölkənin Mərkəzi Seçki Komitəsində olmasını təsdiqləyib. Onun sözlərinə görə, Putin prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün lazımi sənədləri təqdim edib.

Rusiyada prezident seçkilərinin səkkizinci turu bu ölkədə 2024-cü il martın 15-17-də keçiriləcək.

Rusiya Rəyi Öyrənmə Mərkəzinin son sorğusuna əsasən, bu ölkə xalqının Vladimir Putinə inam səviyyəsi 78,5%, onun fəaliyyətinin cəmiyyət tərəfindən bəyənilmə səviyyəsi isə 75,8% qiymətləndirilir. Rusiyada noyabrın 27-dən dekabrın 3-dək keçirilən bu sorğuda bu ölkənin 1600 vətəndaşı iştirak edib.