İRNA-nın çərşənbə axşamı "Səma" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, işğal olunmuş Fələstinin mərkəzində, o cümlədən Təl-Əvivdə, Əl-Lod şəhəri və onun hava limanında, həmçinin “Əl Ramla”da həyəcan siqnalları səslənib.
Bu xəbərə görə, Təl-Əvivin cənubunda və şərqində bir neçə partlayış səsi eşidilib.
Bununla bağlı sionist rejim mediası Qəzzadan işğal olunmuş Fələstinin mərkəzinə dörd raket atıldığını bildirib.
HƏMAS-ın hərbi qolu olan Şəhid İzzəddin əl-Qəssam Batalyonları bununla bağlı verdiyi açıqlamada bildirib: “Qəzzada dinc əhaliyə qarşı törədilən cinayətlərə cavab olaraq Təl-Əvivi raketlə hədəfə aldıq.”
Əl-Qəssam batalyonları Qəzza zolağında quru döyüşündəki son hadisələri də açıqlayaraq bildirib: “Qəzza şəhərinin Şeyx Rizvan məhəlləsində düşmən ordusuna məxsus “Hummer” tipli cipini hədəfə aldıq və onun bütün sakinləri öldü.”
Eyni vaxtda Saraya əl-Qüds də Xan Yunisdə sionist ordusunun toplaşdığı yerin bombalandığını xəbər verib.