Tehran – İRNA - Fələstin media mənbələri çərşənbə axşamı gecə saatlarında bildiriblər ki, müqavimət döyüşçüləri Qəzza zolağında quru döyüşlərinin müxtəlif cəbhələrində bir neçə maşın və sionist hərbçini sıradan çıxarıblar.

İRNA-nın Səma xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı İslami Cihad hərəkatının hərbi qolu olan Səraya Əl-Qüds Qəzza zolağında quru döyüşlərinin son prosesləri ilə bağlı verdiyi açıqlamada bildirib: Pulemyotlarla şiddətli toqquşmadan sonra Qəzzanın şərqindəki Əl-Şücaiyyə məhəlləsi cəbhəsində 7 düşmən əsgərini öldürdük və ya yaraladıq.

HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin əl-Qəssam taborları da bəyanat verərək elan edib ki, təşkilatın döyüşçüləri Əl-Yasin 105 raketindən istifadə edərək Xan Yunisdə sionist ordunun şəxsi heyətini daşıyan zirehli transportyoru məhv ediblər.

Əl-Qəssam taborları həmçinin xəbər verib: İsrail hərbi taqımı TBG anti-istehkam raketi ilə hədəfə alınıb və nəticədə onların bir neçəsi ölüb və yaralanıb.

HƏMAS-ın hərbi qanadı həmçinin elan edib: Xan Yunisdə sionist rejimin bir Merkava tankı və Təl əz-Zətərdə digər Merkava tankı Əl-Yasin 105 raketi ilə hədəfə alınıb və məhv edilib.
İsrail ordusu bu gün günortadan sonra Qəzza zolağında son 24 saat ərzində baş verən quru toqquşmalarında 29 əsgərinin yaralandığını etiraf edib.