İRNA-nın xarici siyasət bölməsinin verdiyi məlumata görə, XİN-nin mətbuat katibi Nasir Kənani bəzi Qərb ölkələrinin BMT Baş Assambleyasında insan haqları mövzusunda İrana qarşı qətnamə təklifi və təsdiqləməsindəki hərəkətini ikili standartın və insan haqlarından qeyri-legitim siyasi məqsədlər üçün alət kimi istifadə edilməsinin bariz nümunəsi hesab edib və bunu qəti şəkildə pisləyib.
Diplomatik aparatın sözçüsü əlavə edib: “İrana qarşı insan haqları ilə bağlı qətnamə təklifi bəzi qərb ölkələri tərəfindən elə bir vaxtda irəli sürülür ki, bu ölkələr sionist rejimin Qəzza və Fələstinin İordan çayının qərb sahilindəki hərbi cinayətlərinə və soyqırımına göz yumur, bəziləri də bu peşəkar cinayət rejimini tam və qeyri-məhdud şəkildə dəstəkləyir. Daha gülməlisi budur ki, bu (sionist) rejim həm də İrana qarşı qətnamənin həmtəsisçilərindən biridir.”
Kənani vurğulayıb: “İşğalçı sionist rejimin İrana qarşı insan haqları ilə bağlı qətnamə layihəsinin hazırlanması və təsdiq edilməsində əlbirliyi qərb qurucuları üçün böyük siyasi və mənəvi rüsavaylıqdan başqa bir şey deyil, eyni zamanda uca insan haqları anlayışını dəyərdən salmaq və beynəlxalq qurumları öz ekzistensial fəlsəfəsindən məhrum etməkdir.”
XİN-nin sözçüsü bu qətnamənin hüquqi əsası olmadığını və rədd edildiyini vurğulayaraq deyib: “İnsan haqlarını sistematik şəkildə pozmaqda uzun tarixə malik olan və bütün dünyada insanlara öz anti-insan hərəkətləri ilə bağlı acı təcrübələr yaşadan ölkələr İran hökumətinə və xalqına insan haqları ilə bağlı tövsiyələr vermək haqqına sahib deyil.”