Tehran - İRNA - çərşənbə günü Hüseyn Əmir Abdullahiyan Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani ilə görüşüb.

Bu görüşdə ikitərəfli əlaqələr və Qəzzadakı son hadisələr haqqında müzakirələrin aparılması nəzərdə tutulub. Bu, Qəzzada gərginlik başlayandan bəri Xarici İşlər nazirimizin Qətərə dördüncü səfəridir.