Tehran- İRNA - Almaniyada məhkəmənin ölkəmizə qarşı əsassız ittihamı və həmçinin Almaniya Xarici İşlər Nazirliyinin İran İslam Respublikası səfirliyinin müvəqqəti işlər vəkilini çağırması ilə bağlı qəbuledilməz hərəkəti barədə dərc olunan xəbərdən sonra, Almaniya səfiri Hans Odo Motsel Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru tərəfindən çağırılıb və İran İslam Respublikasının etirazı ona çatdırılıb.

 İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bu çağırışda Almaniya tərəfinə xatırladıb ki, İran uzun əsrlər boyu müxtəlif İlahi dinlərin ardıcıllarının ev sahibi və himayədarı olub və yəhudilərin sistematik şəkildə təqib edilməsi və öldürülməsi kimi bəzi qara tarixə malik olan ölkələrdən fərqli olaraq, birgə yaşayış prinsipinin möhkəmləndirilməsində çox parlaq tarixə malikdir, çünki İslam dinində və İran mədəniyyətində İlahi dinlərin ardıcıllarına hörmət dəyərli yer tutur.