Tehran – İRNA - Livan Hizbullahı çərşənbə günü gecə sionist rejimin 2 helikopterini hədəfə aldığını elan edib.

İRNA-nın Əl-Məyadin kanalına istinadən verdiyi xəbərə görə, Livanın İslami Müqaviməti bununla bağlı elan edib: Ştula və Şumira hava məkanında iki İsrail hərbi helikopterini hədəfə aldıq.

Bu açıqlamada deyilir: İki İsrail helikopterini yer-hava raketləri ilə hədəfə aldıq və onları bölgənin hava məkanını tərk etməyə məcbur etdik.

Fələstinin müqavimət qrupları tərəfindən "Əl-Əqsa tufanı" əməliyyatının başlaması ilə Livan Hizbullahı işğal olunmuş Fələstinin şimalında sionist hərbçilərin böyük bir hissəsini məşğul etmək və Qəzzada müqavimətə təzyiqləri azaltmaq məqsədilə Fələstin ərazisində sionist rejimin hədəflərinə qarşı ağır və gündəlik əməliyyatlar həyata keçirir.