İRNA-nın Fələstin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əl-Qəssam sözçüsü Teleqram mesajında həmçinin 25 israilli əsgərin öldüyünü və onlarla başqa hərbçinin yaralandığını açıqlayıb.
Əbu Ubeydə işğalçı İsrail qüvvələrini zireh və piyada əleyhinə raketlərlə hədəf aldıqlarını, onlarla sıfır məsafədən vuruşaraq düşmənin dayaq qüvvələrinə hücum etdiklərini vurğulayıb.
O, əlavə edib: “İki tunelin və bir evin girişini bombaladıq və İsrail işğalçı qüvvələri gələndə onları partlatdıq.”
Əl-Qəssam sözçüsü daha sonra bildirib: “İşğal olunmuş Təl-Əviv şəhəri və işğal altındakı Fələstinin şimalında yerləşən sionist Kiryat Şmona qəsəbəsi də bu briqadaların raket hücumlarına məruz qalıb.