Moskva - İRNA - Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Moskvanın İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanmasının ardınca olduğunu bəyan edərək deyib: “Cənubi Qafqaz regionunun vəziyyəti tədricən sabitləşəcək.”

İRNA-nın cümə axşamı Rusiya xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, Valeri Gerasimov əlavə edib: “Rusiya Ermənistanla Azərbaycan arasında rabitə və nəqliyyat yollarının açılmasına, sülh müqaviləsinin bağlanmasına və ciddi fikir ayrılıqlarının həll edilməsinə çalışır.”