Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist rejim əsgərlərinin toplaşdığı yeri raket və artilleriya ilə hədəfə aldığını açıqlayıb.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Livan Hizbullah Hərəkatı bəyanat yayaraq bildirib ki, Qəzza zolağında Fələstin xalqına və onların cəsur və şərəfli müqavimətinə dəstək istiqamətində islami müqavimət qüvvələri sionist düşmən əsgərlərinin “Şumira” kazarmasının (Livanın işğal altında olan Tərbixa kəndi) yaxınlığında toplaşdıqları yeri raket və toplarla hədəfə alıblar.

Hizbullah bu əməliyyatda hücumun dəqiq həyata keçirildiyini və bir sıra düşmən qüvvələrinin birbaşa hədəfə alındığını vurğulayıb.

Livan Hizbullahı cümə axşamı da işğal olunmuş Fələstinin şimalında 7 sionist baza və sionist qəsəbəsini hədəfə alıb.