İRNA-nın cümə günü verdiyi xəbərə görə, Əl-Cəzirə Qəzza şəhərinin Əş-Şəcaiyyə məhəlləsində Fələstin müqavimət qüvvələri ilə toqquşmada 7 Ukrayna əsgərinin öldüyünü bildirib.
Mediada və sosial şəbəkələrdə bir neçə əsgərin divar arxasına sığınaraq Ukrayna dilində danışdığını əks etdirən video yayılıb.
Bu əsgərlərdən biri Fələstin xalqı ilə müharibəyə haqq qazandırmaq üçün və başqa yerdən gəldiklərini sübut edən sözlərlə deyir: “Döyüşmək üçün buraya gəlmişik ki, yeni bir holokost baş verməsin.”
Əl-Cəzirə “Qüds” xəbər agentliyinə istinadən Qəzzanın Əl-Şucaiyyə məhəlləsində baş verən şiddətli toqquşmalarda 7 ukraynalı muzdlunun öldürüldüyünü açıqlayıb.
Bu xəbərə münasibət bildirən Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Qəzza zolağına və ya başqa yerə hərbçi göndərmədiyini açıqlayıb.