Ölkəmizin xarici işlər naziri Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin əldə edilməsi istiqamətində aparılan danışıqlar prosesini müsbət qiymətləndirərək, bəzi xarici tərəflərin regiona müdaxiləsinin mənfi nəticələrinə işarə edərək, region ölkələrinin imkanlarından istifadə etməyin vacibliyini vurğulayıb və bildirib: Region ölkələri Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün yaradılmasında və təmin edilməsində konstruktiv rol oynaya bilərlər.
Əmir Abdullahian Mərakeşdə keçirilən Ərəb-Rusiya Əməkdaşlıq Forumunun altıncı iclasının bəyanatının bir hissəsinə reaksiya verərək, İranın üç adasını İranın ərazi bütövlüyünün tərkib hissəsi hesab edib və bildirib: İran İslam Respublikası bununla bağlı hər hansı bir tərəfin hər hansı iddiasını tamamilə rədd edir.
O, Moskva ilə Tehran arasında müsbət və inkişaf edən münasibətlərə toxunaraq xatırladıb: Ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət ölkələr arasında münasibətlərin əsas prinsiplərindən biridir və rəsmi Tehranın İranın ərazi bütövlüyü və suverenliyi məsələlərinə hörmət məsələsində heç bir tərəflə komplimenti yoxdur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu yaxınlarda Tehranda keçirilən 3+3 regional mexanizminin iclasına toxunaraq, sülh sazişinin əldə edilməsi və onun həyata keçirilməsini təmin edən regional mexanizmin yaradılması prosesində Azərbaycan Respublikası və Ermənistana kömək etmək üçün adıçəkilən ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, İranın Cənubi Qafqazda sülhün bərqərar olunmasında mühüm və konstruktiv rolunu vurğulayıb.
Lavrov Moskva-Tehran münasibətlərini strateji hesab edərək vurğulayıb: İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyü Rusiya tərəfindən həmişə hörmətlə qarşılanıb və Moskvanın bu rəsmi siyasətinə heç vaxt şübhə edilməməlidir. Mərakeş iclasının yekun bəyanatının hazırlanması üzrə danışıqlarda biz İranın suverenliyinə və ərazi bütövlüyünə hörmətə açıq şəkildə diqqət yetirdik.
Bu söhbətdə tərəflər Fələstindəki son hadisələri də dəyərləndiriblər.