Tehran - İRNA - Qüvvələr (Hökumət, Məhkəmə Sistemi və İslami Şura Məclisi) Başçılarının Ali Koordinasiya Şurasının katibi Rusiyanın İranın ərazi bütövlüyü ilə bağlı qeyri-dost müdaxilələrinin bir daha təkrarlanmaması lazım olduğunu vurğulayaraq bildirib: “3 ada Krım yarımadası deyil.”

İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, Möhsin Rizayi sosial şəbəkədəki səhifəsində yazıb: “Dəfələrlə demişik ki, üç ada müzakirə oluna bilməz.”

O, əlavə edib: “BƏƏ-nin davam edən tamahkarlığı onların maraqlarına uyğun deyil və nəticələri var. Rusiyanın İranın ərazi bütövlüyü ilə bağlı qeyri-dost müdaxilələri bir daha təkrarlanmamalıdır.”

Qüvvələr Başçılarının Ali Koordinasiya Şurasının katibi vurğulayıb: “Üç ada Krım yarımadası deyil!”