İRNA-nın BMT-dəki müxbirinin verdiyi məlumata görə, bu qətnamə TŞ-nin cümə günü keçirilən açıq iclasında TŞ-nin 15 üzvündən 13-ü müsbət səs verib, bu şurada veto hüququna malik iki daimi üzv olan ABŞ və Rusiya isə, bu qətnaməyə səsvermədə bitərəf qaldı. Beləliklə, bu qətnamə heç bir etiraz səsi olmadan təsdiq olundu.
Səsvermə sessiyasının əvvəlində Rusiyanın Təşkilatdakı nümayəndəsi ilkin qətnamə layihəsini səmərəsiz və neytral adlandırıb və bildirib ki, bu qətnamə münaqişələri dayandıra bilməz və İsrailə əməliyyatlarını davam etdirmək üçün “sərbəst əl” verir. O, yardıma daha çox çıxış imkanı vermək üçün müharibənin "təxirə salınmasını" tələb edən düzəliş təqdim etdi.
Səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvündən 10-u bu düzəlişin lehinə səs verib, 4-ü isə bitərəf qalıb. Amerika veto hüququndan istifadə edərək bu düzəlişin əleyhinə səs verən yeganə ölkə oldu.
Publish Date: 22 dekabr 2023 - 22:37
Nyu-York - İRNA - Nəhayət, Əl-Əqsa fırtınası əməliyyatına cavab olaraq Qəzza zolağının bombalanmasını dayandırmaq üçün İsrail rejiminin qatı dəstəkçisi olan Amerikaya qlobal təzyiqdən sonra, BMT Təhlükəsizlik Şurası bir həftəlik gecikmədən sonra Qəzzaya daha çox humanitar yardımın göstərilməsini tələb edən qətnaməni qəbul etdi.