İRNA-nın Fələstin medialarına istinadən verdiyi məlumata görə, HƏMAS vurğulayıb: “Bu qətnamə Qəzza zolağında mövcud faciəli vəziyyətin ehtiyac və tələblərinə uyğun deyil.”
Hərəkat qeyd edib ki, Amerika hökuməti bu qətnamənin mahiyyətini boşaltdı və onu işğalçılara qətliamı və dağıntını davam etdirməyə icazə verəcək tərzdə təqdim etdi.
HƏMAS bəyan edib ki, Təhlükəsizlik Şurası işğalçı sionist rejimi bütün Qəzza zolağına, xüsusən də şimal bölgələrinə kifayət qədər yardım daxil olmasına məcbur etməlidir.
Əl-Əqsa Tufanı əməliyyatının ardınca Qəzza zolağının bombalanmasını dayandırmaq üçün İsrail rejiminin qatı dəstəkçisi kimi Amerikaya qlobal təzyiqlərdən sonra BMT Təhlükəsizlik Şurası bir həftəlik gecikmə ilə nəhayət, Qəzzaya daha çox humanitar yardımın göstərilməsini tələb edən qətnamə qəbul etdi.