Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi İran və Azərbaycan prokurorlarının görüşünün nəticəsini və iki ölkə arasında münasibətlərin həlli istiqamətindəki səyləri, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə aid işin gedişatını müsbət qiymətləndirərək deyib: “Azərbaycan səfirliyinin yenidən açılması üçün yol xəritəsi hazırlanıb və səylər uğurla davam etdirilib.”

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin məlumatına görə, Nasir Kənani bu gün - bazar ertəsi, 25 dekabr - jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında deyib: “Digər sahələrdə də iki ölkə arasında əlaqələrin inkişafında yaxşı hadisələrin şahidi oluruq, ticarət sahəsində də müvafiq danışıqlar aparılıb.”