İRNA-nın məlumatına görə, Kəşfiyyat naziri höccətül-islam Seyid İsmayıl Xətib terrorla mübarizənin böyük komandiri şəhid Qasım Süleymaninin silahdaşı mücahid sərdar general-mayor Seyid Rəzi Musəvinin terrorçu sionist terror rejim tərəfindən şəhid edilməsinin ardınca yazıb:
“Bu iyrənc hərəkət qondarma sionist rejimin terror xarakterinin digər bir nümunəsi və Qüdsü işğal etmiş vəhşi rejimin qətiyyətlə cilovlanması zərurətinin daha bir sənədli sübutudur.”
Kəşfiyyat naziri əlavə edib: “Bu vəhşi cinayət sionist rejimin islami müqavimət cəbhəsinin mücahidləri ilə mübarizədə acizliyini və Əl-Əqsa Tufanının nəticələrini, Qəzzanın məzlum və qüdrətli xalqının böyük müqavimətini göstərsə də, bu cinayətin öz növbəsində cinayətkar rejim üçün daha bir ağır nəticəsi olacaq.”
Xətib vurğulayıb: “Kəşfiyyat Nazirliyində İmam Zamanın (əc) naməlum əsgərləri və ölkənin kəşfiyyat camiəsinin üzvləri bu uca məqamlı şəhidin şəhadəti münasibətilə həzrət Vəliyyi-Əsrə (əc), Ali Baş Komandan İmam Xameneiyə, İslam İnqilabı Keşikçiləri Korpusuna, İslami İranın qəhrəman xalqına, xüsusilə bu şəhidin hörmətli ailəsinə başsağlığı verir, Allahdan bu mücahid, hərəm müdafiəçisi və Qəzzənin müdafiəsiz əhalisinin himayəçisi olmuş şəhidə uca məqamlar diləyir, haqq cəbhəsinin küfr və nifaq cəbhəsi üzərində tam qələbəsini arzu edir.”