İRNA-nın məlumatına görə, sionist rejim televiziyasının 12-ci kanalı bildirib ki, Qəzza zolağı yaxınlığındakı qəsəbələrdə yaşayan yüzlərlə sionist mühacir bu gün (çərşənbə) işğal olunmuş Qüdsə doğru yürüş etməklə, Qəzzada sionist əsirlərin azad edilməsi üçün ciddi və təcili tədbirlər görülməsini tələb ediblər.
Telekanal əlavə edib ki, sabah saat 17:00-da knesset (sionist rejim parlamenti) qarşısında nümayişin keçirilməsi planlaşdırılır. Nümayişdə Qəzzədən bir müddət əvvəl azad edilmiş sionist əsir Agam Qoldştayn çıxış edəcək.
Artıq neçənci dəfədir ki, sionist mühacirlər Qəzzada əsirlərin azad edilməsini tələb edirlər, lakin Netanyahu kabineti hər dəfə etirazçıların və beynəlxalq ictimaiyyətin Qəzza müharibəsini dayandırmaq və əsir mübadiləsi razılaşmasını yerinə yetirmək tələblərinə bəhanə ilə cavab verir, müharibədən danışır və onun uzun sürəcəyini deyir.