Tehran - İRNA - Los-Anceles və Nyu-Yorkda Fələstin tərəfdarı olan etirazçılar bu ölkədə bayram günlərində insanların sıx olduğu iki hava limanına gedən yolları bağlayaraq, sionist rejimin Qəzzaya qarşı hücumlarına diqqət yetirilməsini tələb ediblər. Bəzi mənbələr 60-dan çox insanın həbs olunduğunu bildirib.

İRNA-nın cümə axşamı verdiyi xəbərə görə, Huffington Post yazıb: Los-Anceles Beynəlxalq Hava Limanı və Nyu-Yorkun  Con Kennedi Beynəlxalq Hava Limanına gedən yolda nümayişçilər fiziki maneələr yaradaraq nəqliyyatın və bayram münasibətilə edilən səfərlərin qarşısını alıblar.

Onlar əllərində plakatlar tutaraq sionist rejimə böyük hərbi yardımlar göstərən Amerika hökumətindən tələb ediblər ki, bu rejimin işğal olunmuş ərazilərə hücumları arasında “soyqırımdan uzaq durun”.

Bu nümayişlərdən sosial şəbəklərdə geniş şəkildə paylaşılan videolardan görünür ki, polis sonda aksiya iştirakçılarını qandallayır və izdihamı dağıdır. 

Yerli xəbər mənbələrinin bildirdiyinə görə, polis Los-Ancelesdə 35, Nyu-Yorkda isə 26 nəfəri həbs edib.

Bəzi xəbər agentlikləri Amerika polisinə istinadən həbs olunanların sayının 60 nəfərdən çox olduğunu açıqlayıb.