Təbriz - İRNA - Gömrük əməkdaşlarının sayıqlığı ilə xarici yük maşınının yanacaq çəninin içərisinə məharətlə yerləşdirilmiş 116 kilo 700 qram heroin Culfa gömrük-keçid məntəqəsinin xidməti itləri vasitəsilə aşkar edilib.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, bu, cari həftə ərzində Şərqi Azərbaycan gömrük məntəqəsində aşkar edilərək götürülən ikinci narkotik yüküdür.

Üç gün əvvəl Nurduz gömrükçüləri tərəfindən 268 kilo 350 qram şüşə tipli narkotik vasitə aşkar edilib.

Sözügedən işlər, baxılması üçün aidiyyəti orqanlara təhvil verilib.