Tehran - İRNA - Xəbər mənbələri Livan torpaqlarından işğal olunmuş ərazilərə raketlərin atıldığını bildirib.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, sionist rejim ordu radiosu Livan ərazisindən sionistlərin Əl-Cəlildə yerləşən Doveif qəsəbəsinə zireh əleyhinə bir raket atıldığını bildirib.

Xəbər mənbələri Əl-Cəlil və Kiryat Şmoune qəsəbələrində həyəcan siqnalı çaldığını bildirib.

Livan Hizbullah Hərəkatı iki gün əvvəl verdiyi açıqlamada da bəyan edib: “İşğalçı sionist rejimin Livanın cənubundakı Bent-Cübeyl bölgəsində dinc sakinlərə hücumuna cavab olaraq, işğal altındakı Fələstinin şimalında Kiryat Şmona qəsəbəsinə 30 Katyuşa raketi atılıb.

Bu raket hücumunda iki sionist məhv edilib.”

Livan Hizbullahı Qəzza əhalisinə dəstək məqsədilə Əl-Əqsa Tufanı döyüşü başlayandan bəri davamlı olaraq sionist rejimin hərbi bazalarını hədəfə alır.